Binəqədi rayon ictimaiyyəti şəhidlərimizin anım mərasimində iştirak etdi – FOTOLAR

0
66
binqedi-sehid-anim-fexri-xiyaban.png
II Fəxri Xiyabanda Vətən Müharibəsi şəhidləri – Sadıqlı İbrahim Şahin oğlunun və Məlikov Elvin İlham oğlunun şəhadətlərinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edilib.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəis müavini polkovnik-leytenant Nail Hacızadə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarları üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə çıxış edənlər – Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək qeyd etdilər ki, hər bir azərbaycanlının qəlbindəki torpaq həsrətinə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgəri addım-addım son qoydu: “Döyüş ruhumuzun yüksək olmasında əsas rol oynayan faktorlardan biri vətənpərvərlik hissi idi. Döyüş hazırlığımızla yanaşı, döyüş ruhumuz qarşısında da düşmən tab gətirə bilmədi. Bu döyüşlərdə cəngavər oğullarımızla qısa müddət ərzində böyük uğur əldə etdik. Şəhidlərimizə görə üzülürük. Lakin təsəllini aldığımız qisasla, işğaldan azad etdiyimiz tarixi ərazilərimizlə tapırıq. Şəhidlik çox yüksək məqamdır. Ölümlərin ən alisidir. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayırıq”.
Övladlarının həyat və döyüş yolundan söhbət açan şəhidlərimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Bineqedi.com
Bir 2 nəfər, ayaqüstə duran insanlar, açıq hava və mətn şəkili ola bilərBir 17 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə yolu keçən piyadanı avtomobil vurub
Növbəti məqalədəBu şəxslərin pensiyası yenidən hesablanaraq ARTIRILIB