Zeynəb Hüseynova “Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik hüquqi şəxsin direktor müavini-doğum evinin rəhbəri vəzifəsinə təyin olunub.
Bineqedi.com xəbər verir ki, barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
O, bu gündən işə başlayıb.
Qeyd edək ki, Zeynəb Sadıx qızı Hüseynova 1991-1997 illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə təhsil alıb.
Tibb üzrə fəlsəfə doktorudur.
Daha öncə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə həkim mama-ginekoloq kimi fəaliyyət göstərib.
Bineqedi.com