Prezident: “İnsanların çəkdiyi zülmlərə baxmayaraq, biz sülh təklif etdik”

0
87
prezident-ilham-eliyev

“BMT, ATƏT və bu kimi digər mühüm beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasına dair qətnamə, qərar və bəyanatlar qəbul etməsinə baxmayaraq, bütün bunlar 30 ilə yaxın kağız üzərində qaldı. Bu müddət ərzində Ermənistana heç bir sanksiya tətbiq olunmadı”.

Bineqedi.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

Beynəlxalq ictimaiyyətin Azərbaycanda yaşanan humanitar fəlakətə laqeyd yanaşdığını vurğulayan dövlət başçısı xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal edilmiş ərazilərə dəfələrlə səfər edib, şəhərlərin və kəndlərin kobud şəkildə dağıdılmasının şahidi olublar. Onlar ermənilərin bu ərazilərdə qeyri-qanuni məskunlaşdığını görüb, lakin Ermənistanı qınamayıblar.

“İndi isə biz Minsk qrupunun yenidən canlandırılması səylərini görürük. Təbii ki, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar öz mandatları çərçivəsində heç nə etmədilər. Onların etdiyi yeganə şey bir yerə qədər nail olduğu erməni təcavüzünü qanuniləşdirmək və təcavüzkarla təcavüzün qurbanı arasında bir növ balans yaratmaq oldu”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

“Ümid edirik ki, Azərbaycan- Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı müvafiq komissiya vaxt itirməcəyək və iki ölkə arasında mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcək”.

Otuz ilə yaxın davam edən işğal dövründə bu sərhədlərin tamamilə Ermənistanın nəzarəti altında olduğunu qeyd edən dövlət başçısı deyib:

“İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz yerə gəldik və burada məskunlaşdıq. Ona görə də uzunluğu 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə və beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq aktiv şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir. Ancaq bunun nə qədər uğurlu olacağını demək çətindir”.

İnsanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik.

Bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Sülh sazişinin beynəlxalq hüququn beş prinsipinə əsaslanmalı olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, bu prinsiplərə ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi, sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir.

“Artıq Böyük Qayıdış proqramı başlayıb. Bu ilin mayında Zəngilan rayonunda ilk kənd salınıb və ilk məcburi köçkünlər öz doğma yurdlarına qayıdıblar. Zəngilanda ilk məktəb açılıb və ilk gənclər də bu il həmin məktəbdə tədrisə başlayıblar”, – deyə Prezident İlham Əliyev bildirib.

Bineqedi.com

Əvvəlki məqaləVətən müharibəsi şəhidi İmran Əli oğlu Əliyevin anım mərasimi keçirilib – FOTOLAR
Növbəti məqalədə“Ermənistan bugünədək hərbi cinayətlər törətmiş heç bir şəxsi məsuliyyətə cəlb etməyib”