Bakı əhalisi mağazalarda 11 milyard manat xərcləyib

0
45
2019-cu ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,1 faiz artaraq 11 milyard 533,2 milyon manat olub.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5 milyard 267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1 faiz artaraq 6 milyard 265,5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 27,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. trend.
Əvvəlki məqaləBinəqədidə bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq
Növbəti məqalədəBakıda yol çökdü – Fotolar