Millət vəkilimiz Azay Quliyev Binəqədi rayonu, Naxçıvani küçəsi 33a, 33b, 34a, 34b saylı, Ağasadıq Gəraybəyli küçəsi, 41 və Koroğlu Rəhimov küçəsi, 53a saylı binaların həyətində seçiciləri ilə görüşüb.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə məşğulluq, hüquqi yardım, məhkəmə qərarlarının icrası və abadlaşdırma ilə bağlı məsələləri dinlədik.
“Bundan başqa, Koroğlu Rəhimov küçəsi, 53a və Ağasadıq Gəraybəyli küçəsi, 41 ünvanlarında yaşayan seçicilər qəzalı vəziyyətdə olan binalardakı mənzillərə görə verilən kompensasyanın məbləğinin aşağı olmasını, köçürülmə ilə bağlı onları narahat edən digər problemlərin Milli Məclisdə bir daha səsləndirməyimi xahiş etdilər.
Görüşdə iştirak edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevə, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminova və digər rəsmi şəxslərə təşəkkür edirəm”,- deyə Azay Quliyev vurğulayıb.
Bineqedi.com


