“İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunun 1400 metrlik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi və yolun hər iki tərəfində səkilərin tikintisi yekunlaşıb.
Bineqedi.com saytına verilən məlumata görə, ümumilikdə təmir işləri 17.500 kv.m-dən çox sahədə aparılıb.
Adıçəkilən yolun digər hissələrində aparılan təmir işləri davam edir.
Bineqedi.com saytı görülən işlərin videosunu təqdim edir.