Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 28 May qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin qəsəbə ərazisində Sukanal idarəsi tərəfindən aparılan qazıntı işlərindən sonra sıradan çıxmış küçəyə və eyni zamanda şəhid ailələrinin yaşadığı bəzi küçələrə asfalt örtüyünün vurulması, 10 min.kv.t-lıq elektrik xəttinin vətəndaşın yaşadığı evin həyətindən çıxarılması, qəsəbə ərazisində yerləşən küçələrə ad lövhələrinin vurulması və şəhid Milli Qəhrəman Şahbazov Yavər Əlibala oğlunun adının küçəyə verilməsi, Bakı-Şamaxı yolu ərazisində xidmət göstərən hər hansısa bir marşrut xəttinin 28 May qəsəbəsində yerləşən 306 saylı məktəbə qədər olan məsafəni əhatə etməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com