Binəqədidə yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

0
136
mebel-sexi-yangin

Bakının Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib.

Bineqedi.com saytı xəbər verir ki, barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yüksək temperaturdan 1 ədəd televizor, 1 ədəd kondisioner, otağın qapı və pəncərə çərçivəsi qismən qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər (onlardan 5-i uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi sakininin bank kartını oğurlayan şəxs hesabdakı pulu çıxarıb
Növbəti məqalədəAzay Quliyev: “Bu təxribat cavabsız qala bilməzdi”