Aprel döyüşləri şəhidi Fəxrəddin Qurbanlının Binəqədidə anım mərasimi keçirilib – FOTOLAR

0
9334
bineqedi-sehid-anim-fexreddin-qurbanli.png
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş Fəxrəddin Qurbanlının doğum gününə həsr olunmuş tədbir keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdən öncə şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə əklil və gül dəstələri düzülüb.
Mərasimdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsinin və bələdiyyənin nümayəndələri, şəhidin təhsil aldığı 179 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhidin əziz xatirəsini yad edərək vaıideynlərinə və yaxınlarına ehtiramlarını biıdiriblər.
Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə davam etdirildi. Tədbirdə şəhid ailələri, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, məktəbin direktoru Tural Hətəmov, müəllim və şagird kollektivi, şəhidin ali təhsil aldığı Axərbaycan Universitetinin müəllimi Tünzalə Verdiyeva və tələbə kollektivi, şəhidə həsr olunmuş “Xeyixah insan” kitabının elmi redaktoru Pedaqogika üzrə fəlsəfə elmləri doktoru Şahnaz Salamova, şəhidin döyüş yoldaşı Elnur Fərzəliyev iştirak edirdilər.
Tədbir torpaqlarımız uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.
İlk öncə çıxış edən Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin direktoru Tural Hətəmov məktəb kollektivi adından qonaqları salamlayaraq, Aprel döyüşlərinin böyük Zəfərin başlanğıcı olduğunu vurğulayaraq, məktəbdə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlərdən bəhs etdi.
Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov- 2016-cı il Aprel döyüşlərinin Vətən müharibəsində aldığımız xoş xəbərlər üçün ilk addım və Azərbaycanın döyüş uğurlarının təməli olduğunu, bu döyüşlərdə qazanılan qələbənin hər bir vətəndaşımızın hərbi vətənpərvərlik ruhunu yüksəltdiyini, dörd günlük döyüşlərdən başlanan tarixi qələbəmizin Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində torpaqlarımızı mənfur düşmən işğalından azad etməsi və Şanlı Zəfərimiz ilə nəticələndiyini söylədi.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Lakin bu Zəfərin addım səslərinin eşidildiyi, xalqın rəşadətli odusuna etimadının özünə qayıtdığı Aprel döyüşlərini heç bir zaman unutmaq olmaz. Çünki bu qələbəmiz xalqımızı torpaqlarımızın tez bir zamanda işğaldan azad olunacağına ruhlandırdı. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, savaşa qalxdı və bununla da 30 illik həsrətimizə son qoyuldu. Aprel döyüşləri Axərbaycan ordusunun gücünü, qüdrətini, əzmini bütün dünyaya tanıdan, Xalq-Ordu-Rəhbər birliyinin möhkəmliyini, Azərbaycan xalqının heç bir zaman işğalla barışmayacağını bir daha təsdiqləyən şanlı qəhrəmanlıq səhifəsidir.
Daha sonra çıxış edənlər-şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunmuş “Xeyirxah İnsan” kitabını ailəyə təqdim edən kitabın elmi redaktoru Pedaqogika üzrə fəlsəfə elmləri doktoru Şahnaz Salamova, Azərbaycan Universitetinin müəllimi Tünzalə Verdiyeva, şəhidin döyüş yoldaşı Elnur Fərzəliyev, orta məktəbdə sinif rəhbəri olan Sevinc Cabbarova, məktəbin müəlliməsi Rəşidə Qasımova və şəhid Fəxrəddin Qurbanlı adına təsis olunmuş təqaüdə layiq görülmüş Azərbaycan Universitetinin tələbəsi Səfəralı Qeybullayev şəhid haqqında xatirələrini bölüşərək əziz xatirəsini ehtiramla yad etdilər.
Sonda çıxış edən şəhidin valideynləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.
Tədbir Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı musiqi və şeir kompazisiyaları ilə davam etdi.
Bineqedi.comBir 4 nəfər, ayaqüstə duran insanlar, çiçək, ağac və açıq hava şəkili ola bilər
Bir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 2 nəfər, açıq hava, abidə və mətn şəkili ola bilərBir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 1 nəfər, açıq hava və abidə şəkili ola bilər
Bir 7 nəfər və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və hərbi forma şəkili ola bilərBir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 1 nəfər şəkili ola bilərBir 1 nəfər şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 11 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 14 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləRəsulzadə qəsəbəsində qaz təchizatına qanunsuz müdaxilə edilib? – VİDEO
Növbəti məqalədəRusiya Qarabağdakı qoşunu Ukraynaya göndərəcək?