Azərbaycanda torpaq və daşınmaz əmlaklarla bağlı bu xidmətlər ödənişli oldu – Qanun dəyişdi

0
121
yeddinci-mikrorayon-bineqedi-binagadi-abu

Azərbaycanda torpaqla bağlı dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən xidmətlər ödənişli olub.

Bineqedi.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlərə görə Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Azərbaycanda daşınmaz əmlakla bağlı daha 5 xidmət ödənişli olub.

Bu, Prezident İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Qanun layihəsi aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsaslarını müəyyən edir:

– daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;

– daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;

– daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;

– sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;

– torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə 9 yaşlı uşaq 7 yaşlı dayısı oğlunu ehtiyatsızlıqdan güllələdi
Növbəti məqalədəDaşınmaz əmlak hüquqlarının “bir pəncərə”dən dövlət qeydiyyatına başlanılır