Binəqədi ərazisində avtomobil aşdı: Xəsarət alan var – FOTOLAR

0
75
bineqedi-qeza-binagadi

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, qəza hadisəsi yolun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan KIA markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi aşaraq beton maneəyə çırpılıb.

Qəza zamanı sürücü xəsarət alıb. Əraziyə təcili yardım və polis əməkdaşları cəlb edilib.

Yaralı təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bineqedi.com

Əvvəlki məqaləNazir gəlini, Lütfəli Abdullayevin qızı: “Çingiz Mustafayevlə 4 il nişanlı olmuşam” – MÜSAHİBƏ
Növbəti məqalədəBinəqədidə Vətən müharibəsi şəhidi Muxtar Qasımlının xatirəsi yad olunub – VİDEO