Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 246 №-li məktəb-liseydə “Heydər Əliyev İli”nə həsr olunmuş voleybol (qızlar) turniri keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, turnirin nəticəsinə əsasən, 1-ci yeri 246 №-li məktəb-liseyin komandası, 2-ci yeri 276 №-li tam orta məktəbin komandası, 3-cü yeri 83 №-li məktəb-liseyin komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, 246 №-li məktəb-liseyin direktoru Elmar Həşimov və 276 №-li tam orta məktəbin direktoru Bəhram Şiriyev iştirak edib.
Bineqedi.com

































