Xilasedicilərimizin 89 saat sonra sağ çıxardığı yeniyetmələr… – VİDEO

0
113
turkiye-zelzele-qardash-turkiye-daginti.png

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.

Bu barədə Bineqedi.com-a FHN-dən məlumat verilib.

Əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda FHN-in xilasedicilərinin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ayşə adlı qadın dağıntılardan çıxarılandan sonra “Can Azərbaycan, canım qardaşlarım. İlham Əliyevə də salamları göndərirəm”, – deyərək xilasedicilərimizə təşəkkür edib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Əvvəlki məqaləİran Ermənistanla birlikdə Azərbaycana qarşı təxribata hazırlaşır? – ŞƏRH
Növbəti məqalədəVüsar İsmayılov: “Cənub Qaz Dəhlizi Azərbaycanla Avropa arasında uğurlu əməkdaşlığın bariz nümunəsidir”