Bakıda təhlükə mənbəyi olan binalar hansılardır? – VİDEO

0
116

Türkiyədə dağıdıcı zəlzələdən sonra çoxmərtəbəli yaşayış binalarının təhlükəsizliyi mövzusu aktuallaşıb. Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və tələfat bir o qədər çox olar.

Bineqedi.com xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Xəzərxəbər”ə müsahibəsində 2019-cu ilə qədər inşa edilmiş binaların əksəriyyətində ara məsafəsinə əməl edilmədiyini bildirib.

Ekspert qeyd edir ki, hətta sıxlıq əmsalı tətbiq ediləndən sonra da bir çox ərazilərdə binaların yerləşməsi ilə bağlı qaydaların kobud şəkildə pozulması müşahidə edilir.

Ramil Osmanlının sözlərinə görə, bir-birinə yaxın inşa edilən binalar təhlükəsizlik baxımından böyük risk daşıyır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Əvvəlki məqaləBinəqədidə mikroavtobusu yanan sürücü ürəktutmasından öldü – FOTOLAR
Növbəti məqalədəMüstəqillik dövrünün ən böyük İES-nin təməli qoyuldu – Prezident mərasimində çıxış edib