Bakının Binəqədi rayonunda yerləşən mal bazarı uzun illərdir fəaliyyət göstərir. Rayonlardan gətirilən heyvanlar Bakıda bu ərazidə satışa çıxarılır.
Bineqedi.com saytı xəbər verir ki, burada diri heyvanların satış qiyməti Bakıdakı heyvan satışı məntəqələrindən xeyli ucuz və münasibdir.
Məsələn, digər heyvan satışı məntəqələrində diri qoyunun kiloqramı 12-13 manata satılırsa, burada 6-7 manata almaq olar.
Bazardan hazırlanmış reportajı təqdim edirik.