Binəqədidə ticarət mərkəzindən elektrik naqili oğurlanıb

0
138
polis-cinayet-bineqedi

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazalardan birinin qarşısından 2500 manat dəyərində elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Bineqedi.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəriman Nadirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqalə“Ermənistan sülh müqaviləsi ilə bağlı təklifləri Bakıya verdi” – Paşinyan
Növbəti məqalədəYayılan qripi sağaldan dərman apteklərdə tapılmır – Qutusu 45 manatdır