Binəqədi rayonundan seçilmiş millət vəkilləri…

0
189

Binəqədi rayonu ərazisindən müxtəlif dairələrdən seçilmiş 4 millət vəkili var.

Bineqedi.com saytı xəbər verir ki, onların hər biri seçildikləri ərazilər üzrə Milli Məclisdə təmsil olunur, həm qanunvericilik aktlarının təkmilləşdirilməsi, yeni qanunların qəbulu, həm də seçicilərini narahat edən məsələlərlə bağlı parlamentdə məsələlər qaldırır, təşəbbüslər irəli sürürlər.

Binəqədi rayonundan olan seçiciləri Milli Məclisdə təmsil edən millət vəkilləri ilə bağlı məlumatları təqdim edirik.

Quliyev Azay Əjdər oğlu 23 iyun 1971-ci ildə Ermənistan SSR-in, Sisian rayonunun Vağudi kəndində anadan olub. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun “Beynəlxalq Dövlət İdarəçilik Proqramı”nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, “Kennedy School”da “QHT Liderləri üçün Strateji İdarəetmə” proqramında, 2007-2013-cü illərdə isə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil alıb.


2005 və 2010-cu illərdə (III və IV çağırış) 46 saylı Şirvan seçki dairəsindən, 2015-ci və 2020-ci illərdə isə (V və VI çağırış) 8 saylı Binəqədi birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir. 2005-ci ildən Azərbaycan-Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan-Estoniya və Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi qruplarının üzvüdür.

Ailəlidir, üç övladı var.

  • Qafarov Kamaləddin Nəsrəddin oğlu 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib.

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir.

2015-ci və 2020-ci illərdə 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür.

Ailəlidir, dörd övladı var.

  • Musayev Madər Ələsgər oğlu 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Eyni dairədən 6 dəfə təkrar, ard-arda müstəqillik dövründə 6 dəfə, ümumilikdə 7 dəfə seçilən seçilən yeganə deputatdır.

Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. “Şöhrət” ordeni ilə təltif edilib.

On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I, II, III, IVŞ, V və VI çağırış 10 saylı Binəqədi üçüncü dairə seçki komissiyasından Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Pakistan, Azərbaycan-Rusiya, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Evlidir, 3 övladı var.

  • Xasayeva Səbinə Səməd qızı 30 mart 1993-cü il tarixdə anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dillər Universitetində norveçşünaslıq üzrə ali təhsil alıb.

2014-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA üzrə magistr təhsili alıb.

İngilis və norveç dillərini bilir.

2020-ci ildə 12 saylı Qaradağ-Binəqədi-Yasamal-Qaradağ müştərək seçki dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvüdür.

Ailəlidir.

Əvvəlki məqaləBinəqədinin məşhur küçəsinə adı verilmiş İbrahimpaşa Dadaşov kimdir?
Növbəti məqalədəİşsizlərə hər ay 200 manat verilməsi xəbəri ilə bağlı iddialara CAVAB