Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs tutulub – VİDEO

0
84
bineqedi

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs tutulub, ondan silah götürülüb.

Bineqedi.com saytı DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. V. Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bineqedi.com

Əvvəlki məqaləƏrdoğan: “Bəşəriyyətin ən ciddi təbii fəlakətlərindən biri ilə üzləşmişik”
Növbəti məqalədə“Ana dilim, doğma dilim” – məktəbdə tədbir keçirilib – FOTOLAR