Bakıda avtomobillərdən oğurluq edən şəxslər müəyyənləşiblər.
Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Maştağa qəsəbəsi ərazisində “İsuzu” markalı bir avtomobildən müxtəlif üsul və vasitələrlə 2000 manat pul və mobil telefon, “Ford” markalı digər avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş R.Səfərov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq tutulub.
Cavadxan küçəsində “Hyundai” markalı bir avtomobildən müxtəlif üsul və vasitələrlə 100 manat və 800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Niftəliyev və Xırdalan şəhər sakini A.Mənsimov Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində, Xocəsən qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R. Rzayev 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırmalar aparılır.
Bineqedi.com