Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iki rayona yeni polis rəisi təyin edib.
Bineqedi.com saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov işdən çıxarılıb.
O, Xətai Rayon Polis İdarəsinə rəis təyin edilib.
Digər təyinat isə uzun müddətdir boş qalan Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə olub.
Belə ki, Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov vəzifəsindən azad edilib.
O, Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinə də yeni rəis təyin edilib.
Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib.
Bu təyinata qədər o, DİN-in Baş Cinayət-Axtarış İdarəsində rəis müavini olub.
Qeyd edək ki, A. Heydərov daha əvvəl Binəqədi RPİ-də cinayət axtarış şöbəsinin rəis müavini, daha sonra isə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi kimi çalışıb.
Bineqedi.com