Binəqədidəki 20 Yanvar şəhidlərinin xatirə parkı ilə bağlı maraqlı məlumatlar

0
147
bileceri-qesebesi-yanvar-sehidleri-xatire-parki.png

Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirə parkı 1991-ci ildə yaradılıb.

Bineqedi.com saytı xəbər verir ki, parkda 20 Yanvar şəhidlərinin xatirəsinə “Güllə yağışı” abidəsi ucaldılıb.

Burada 20 Yanvar Şəhidlərinin xatirəsinə quraşdırılan “Güllə yağışı” adlanan abidədə simvolik olaraq 500-ə yaxın müxtəlif kalibrli orijinal mərmi və gilizlərdən istifadə olunub.

Park 2013-cü ildə yenidən qurulub.

Sahəsi 0,3 hektardır.

Parkın yaşıllaşdırılmasında Avropadan gətirilmiş həmişəyaşıl ekzotik ağac və bitkilərdən istifadə olunub.

Parkın ümumi ərazisi 3800 m2, yaşıllıq ərazisi 2200 m2, qranit mərmər ilə döşənmiş sahəsi 800 m2, beton səki daşları ilə döşənmiş sahə 800 m2 təşkil edir.
Park müasir işıqlanma və avtomatik suvarma sistemi ilə təchiz edilib.

Burada günlük və oturacaqlar quraşdırılıb, parkın ətraf yolları və yaşayış sahələri abadlaşdırılıb.

Parkda quraşdırılmış “Güllə yağışı” abidəsinin özünəməxsus anlamı həmin gün törədilən cinayətin dinc əhaliyə qarşı olduğunu əks etdirməsi və müxtəlif istiqamətlərdən atılan güllələrin güllə yağışı kimi yağmasının təsviridir.

Abidənin müəllifi əməkdar heykəltəraş Azad Əliyevdir.

Hər gün bu parka Biləcəri qəsəbəsinin sakinləri ilə yanaşı, digər insanlar da üz tuturlar. Onlar burada istirahət etməklə yanaşı, şəhidlərimizi yad edir, ruhlarına dualar oxuyurlar.

Hər il 20 yanvar şəhidlərinin anım mərasimində parkdakı “Güllə yağışı” abidəsi ziyarət olunur, önünə tər güllər düzülür.

bineqedi-gulle-yagisi-abide-20-yanvar.png

Bineqedi.com

Əvvəlki məqaləRiskli zonalarda tətbiq ediləcək məhdudiyyətlər – Baş nazir Əli Əsədov Qərar imzalayıb
Növbəti məqalədə“Moderatorun qərəzi də Paşinyanı xilas edə bilmədi…”