Binəqədidə din xadimləri ilə görüş keçirilib – FOTOLAR

0
141
bineqedide-din-xadimleri-gorus.png
Binəqədi rayonunun din xadimləri ilə görüş keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Binəqədi RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin müdir müavini Amal Məlikov və əməkdaşı Bayram İsmayılov, Binəqədi rayon ərazisində fəaliyyət göstərən məscidlərin dini icma sədrləri və imamları iştirak ediblər.
Görüşdə rayonda mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, eyni zamanda planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışılıb.
Görüşdə rayonda dini sahə ilə bağlı din xadimlərini maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.
Bineqedi.com
Bir 4 kişi, oturan insanlar, ayakta duran insanlar, iç mekan ve ofis görseli olabilirBir 4 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, oturan insanlar, ofis ve iç mekan görseli olabilir
Əvvəlki məqaləQarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına dair ilkin müzakirə aparılıb
Növbəti məqalədəBineqedi.com saytında yeni rubrika – “Gənc yaşlarında anlamağın vacib olan 10 şey” – VİDEO