Binəqədi rayonu ərazisində həftə ərzində təmizlik, iməcilik mütəmadi şəkildə davam etdirilib. Bineqedi.сom saytına verilən məlumata görə, rayon ərazisində mərkəzi və qəsəbədaxili yollar təmizlənib.
Mövcud yaşıllıqlara xüsusi diqqət göstərilib, yabanı otlar təmizlənib, və ətraf ərazidə təmizlik işləri aparılıb, eyni zamanda məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənib, park ərazilərində yazılan yazıların silinməsi işləri aparılıb.
Bineqedi.сom























