Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 5 Mart – “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təltifetmə mərasimi keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, idman müəllimləri və məşqçi-müəllimlər iştirak ediblər.
Əvvəlcə idarə rəisi Namiq Tarverdiyev iştirakçıları salamlayaraq “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. İdarə rəisi Namiq Tarverdiyev nitqinə Binəqədi rayonunda yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışaraq, bu sahədə görülən işlərin daha da artırılmasının vacib olduğunu nəzərə çatdıraraq davam edib. Eyni zamanda tədbirdə iştirak edən müəllimlər də onlara verilən dəyərdən çox məmnun olduqlarını bildirərək Binəqədi rayon Gənclər və İdman İdarəsinə öz təşəkkülərini bildiriblər.
Sonda isə Binəqədi rayonunda həyata keçirilən idman tədbirlərində fəal iştirakına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsində göstərdiyi xidmətlərə görə bir qrup şəxs, o cümlədən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, rayonda fəaliyyət göstərən idman klublarının məşqçi-müəllimləri fəxri fərmanla təltif ediliblər.
Bineqedi.com













