Binəqədi də suyun daha çox israf olunduğu rayonlardandır

0
126
su olmayacaq

“Su itkiləri Bakının ətraf kənd və qəsəbələrində – Sabunçu, Suraxanı, Binəqədi rayonlarında daha çoxdur”.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, pərakəndə tikililərin salınması, infrastruktur olmayan yerlərdə evlərin tikilməsi də buna təkan verib: “Həmçinin paylayıcı şəbəkələrin köhnəlməsi də itkilərə səbəb olur. Sudan qanunsuz istifadə edən şəxslərə qarşı tədbirlər görülür. İtki ilə bağlı əsas məqam sudan qənaətsiz, səmərəsiz istifadə olunmasıdır. Sayğaclama prosesi hələ ki tam başa çatmayıb. Hazırda bu proses davam edir”.

Bineqedi.com

Əvvəlki məqaləBakıda bu iki əsas küçə bağlanacaq – MÜRACİƏT
Növbəti məqalədəBinəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Asif Cahangirovla görüş keçirilib – FOTOLAR