Binəqədidə N saylı hərbi hissədə abidə və memorial kompleksin açılışı olub – FOTOLAR

0
206
memorial-kompleks-acilis-bineqedi
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən N saylı hərbi hissəsində Daxili Qoşunlarının yaranmasının 31-ci ildönümünə həsr olunmuş tədbir çərçivəsində Birinci Qarabağ və Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərin xatirəsinə abidə və memorial kompleksin açılışı mərasimi keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanın müavini general-mayor İnqılab Muradov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Biləcəri qəsəbəsində yerləşən N saylı hərbi hissənin komandiri polkovnik Alim İsmayılov, Binəqədi RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları, şəhid ailələləri və qazilər iştirak edirdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Abidə komleksin qarşısına əklil və çiçəklər qoyularaq şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi heyətinin ötən 31 il müddətində fəaliyyətindən, keçdiyi xidmətlərdən, Daxili Qoşunların sıralarında şəhidlik zirvəsinə ucalan və qazi olmuş zabit, gizir və əsgərlərin şücayətindən və qəhramanlıqlarından danışıldı.
Sonda şəhid ailələri və qazilər çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlığlarını bildirdilər.
Bineqedi.com
Bir 1 kişi ve açık hava görseli olabilirBir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 1 kişi, ayakta ve açık hava görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, açık hava ve şunu diyen bir yazı 'DİN' görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilirBir 3 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 7 kişi, ayakta duran insanlar, askeri üniforma ve açık hava görseli olabilirBir 5 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 7 kişi, ayakta duran insanlar, askeri üniforma ve açık hava görseli olabilirBir 11 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 12 kişi, ayakta duran insanlar, askeri üniforma ve açık hava görseli olabilirBir 8 kişi, ayakta duran insanlar, askeri üniforma ve açık hava görseli olabilirBir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Əvvəlki məqaləNazir: “Vətəndaş dövlətdən narazı qalmasın deyə, ona havayı diplom verəndə axırı yaxşı qurtarmır”
Növbəti məqalədəKredit ödəyənlərin DİQQƏTİNƏ – VİDEO