Bakıda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib.
Bineqedi.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının və eyvanının yanar konstruksiyaları 26 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavan örtüyü 7 m² sahədə əriyib. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bineqedi.com