Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
91
elxan-allahverdiyev-seyyar-qebul.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ramiz Aboyev adına olan parkın içində kanalizasiya xəttinin bir hissəsinin tez-tez tutulması, İncəçay küçəsində sıradan çıxmış asfalt örtüyünün bərpa olunması, küçə işıqlarının çəkilməsi və içməli su təminatının zəif olması, E.Babayev 30 saylı binanın həyətində hasarın aşma təhlükəsi, Q.Musabəyov 18 saylı binanın həyətində olan ağacın budanması, Çıraq restoranın arxa tərəfində sıradan çıxmış asfalt örtüyünün bərpa olunması və Çıraq küçəsinə küçə işıqlarının çəkilməsi, Ramiz Aboyev adına olan parkın ərazisində olan bəzi işıq xətlərinin ağaclara bağlanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bineqedi.com
May be an image of 7 people, people sitting, people standing and suitMay be an image of 9 people, people standing and indoorMay be an image of 4 people, people standing, people sitting and indoorMay be an image of 7 people, people standing and indoorMay be an image of 8 people, people standing and indoorMay be an image of 13 people, people sitting, people standing and indoorMay be an image of 10 people, people sitting and indoorMay be an image of 12 people and people standingMay be an image of 11 people, people standing, people sitting and indoorMay be an image of 11 people, people standing, people sitting, suit and indoor
Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTOLAR
Növbəti məqalədəXİN: “Ermənistanın bəyanatı təxribatları ört-basdır etmək məqsədi daşıyır”