Binəqədidə qızı qaçırılan ananın iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

0
104
bineqedi-polis-qadaga-karantin

Bakıda övladın öz atası tərəfindən qaçırılması ilə bağlı məlumat yayılıb.

Bununla bağlı vəkil Zibeydə Sadıqova məlumat paylaşıb.

Vəkilin sözlərinə görə, hadisə Binəqədi rayonu ərazisində baş verib: “Ana E.Əhmədova 7-ci Polis Bölməsinə gedib və uşağının öz atası tərəfindən qaçırılması ilə bağlı şikayət etmək istəyib. 7-ci PB-nin əməkdaşları nəinki E.Əhmədovanın şikayətini qeydə almayıb, hətta qadını bölmədən zorla çıxarıblar”.

Bineqedi.com saytı xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo” Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Qurumun Mətbuat xidmətindən müraciətinə cavab olaraq bildirilib ki, vəkilin şikayətçi xanımın polis bölməsindən zorla çıxarılması kimi əsassız iddiaları həqiqəti əks etdirmir.

DİN-dən verilən məlumata görə, həmin qadın bir müddət əvvəl əri, atası və qayınanası tərəfindən zorla maşına mindirilərək qaçırılan qızın anası imiş: “Həmin şikayətçi xanım müraciəti ilə əlaqədar Polis Bölməsinə dəvət olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq ərizəsi, izahatı alınıb. Atası tərəfindən qaçırıldığı bildirilən şəxs isə uşaq deyil, bu 23 yaşlı ailəli xanımdır. O, bir neçə dəfə Bakı şəhərinə gələrək evə qayıtmayacağını bildirib.

Buna görə də bu il fevral ayının 24-də atası, həyat yoldaşı və qayınanası onu Binəqədi rayonu ərazisində taparaq avtomobilə otuzdurub evlərinə aparıblar. Bundan sonra xanım polis bölməsinə müraciət edərək atası tərəfindən qaçırıldığını bildirib. Hazırda məsələ ilə əlaqədar müvafiq araşdırmalar aparılır”.

Bineqedi.com

Əvvəlki məqaləBakı Bulvarında çəkiliş aparmaq qadağandır? – Video
Növbəti məqalədəRusiya İrəvanı “VURMAĞA” BAŞLADI – Kreml Qarabağ ritorikasını dəyişir?