Bu gün Yeni Azərbaycan Partiyasının üzvü, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S. S. Axundov küçəsi 7b ünvanlı ərazi partiya təşkilatının sədri, Binəqədi rayonu 158 saylı körpələr evi – uşaq bağçasının müdiri Rəfiyyə Əsədovanın 65 illik yubileyidir.
Bineqedi.com saytı xəbər verir ki, bu münasibətlə keçirilən görüşdə yubilyar təbrik edilib, ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər, fəaliyyətində uğurlar arzulanıb.
Rəfiyyə Əsədova 7b ünvanlı ərazi partiya təşkilatının fəal iştirakına və yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib, ona xatirə hədiyyəsi təqdim olunub.
Bineqedi.com


