Binəqədidə sudan qanunsuz istifadə halları aşkarlandı – VİDEO

0
135
bineqedi-rayonu-binagadi

Binəqədi Rayon Sukanal İdarəsinin xidməti ərazisində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.

Bineqedi.com saytına verilən məlumata görə, Xocəsən qəsəbəsində fəaliyyət göstərən beton istehsalı müəssisəsində suyun talandığı məlum olub.

3 ay əvvəl müəssisənin su təchizatı sistemlərinə baxış keçirilən zaman sayğacdankənar xətdən istifadə edildiyi müəyyən edilərək dəymiş ziyan hesablanıb. Həmin xəttin ləğv edilməsinə baxmayaraq, obyekt sahibi şəbəkəyə yenidən özbaşına qoşulub.

Nəzarət tədbirləri zamanı Binəqədi qəsəbəsi 1-ci mədən ərazisində fəaliyyət göstərən restoran, market, daşınmaz əmlak ofisi və avtoyuma məntəqəsində sayğacdankənar çəkilmiş əlavə xətt ləğv edilib.

Sulutəpə qəsəbəsində yerləşən “Stop” kafenin sahibi isə təchizatçı şirkətlə müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edirmiş. Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci şimal küçəsində fərdi yaşayış evinin tikintisi ilə məşğul olan şəxs tərəfindən tikilmiş mənzillərdə də sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

Aşkarlanmış hallar üzrə akt tərtib olunub, qanunsuz su xətləri ləğv edilib.

Bineqedi.com

 





Əvvəlki məqaləNəriman Nərimanov Azərbaycan üçün nə edib?
Növbəti məqalədəDəyişmək istəyən insanlar nələr etməlidirlər? – Mütəxəssis məsləhəti