Bakının Binəqədi rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Taksi hərəkətdə olarkən digər bir avtomobillə toqquşub.
Hadisə zamanı taksidə olan sərnişinlər – 1990-cı il təvəllüdlü Qasımova Şahrun Şahin qızı və 1995-ci il təvəllüdlü İbrahimova Jalə Səfiyar qızı xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.Report