YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun 50 illik yubileyidir

0
421
vusar-ismayilov-yap-bineqedi-sedr.png
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun 50 illik yubileyidir. Bu münasibətilə Vüsar müəllimi səmimi qəlbdən təbrik edirik.
Bineqedi.com saytı xəbər verir ki, İsmayılov Vüsar Qəşəm oğlu 6 aprel 1973-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. 2002-ci ildə hüquq fakultəsini, 2006-cı ildə Dövlət və bələdiyyə idarəetməsi fakultəsini və İqtisadiyyat fakültəsini bitirib.
1990-1993-cü illərdə Şərur rayonu 16 saylı mexanikləşdirilmiş səyyar dəstədə II dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1994-1997-ci illərdə YAP Şərur rayon təşkilatının “İnam yolu” qəzetində şöbə müdiri, 1997-2000-ci illərdə Təsərrüfat hesablı təmir-tikinti idarəsində hüquq məsləhətçisi, 2000-2001-ci illərdə 3 saylı mənzil tikinti trestinin 18 saylı təmir tikinti idarəsində hüquq məsləhətçisi, Nərimanov rayon ƏƏSMM-də pensiya üzrə müfəttiş, 2001-2008-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifələrində işləyib.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2008-ci il tarixli 22 nömrəli Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ailəlidir, üç övladı var.
10 sentyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında Partiyanın yeni Nizamnaməsinə əsasən İsmayılov Vüsar Qəşəm oğlu Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri təyin edilib.
Bir müddət öncə Prezident İlham Əliyev sərəncamı ilə Vüsar İsmayılov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif olunub.
Bineqedi.com
Əvvəlki məqalə“Maşından düşməsəydim, öləcəkdim” – Fazil Mustafa
Növbəti məqalədəAzay Quliyev: “Bu yanaşmanı qətiyyən qəbul etmək olmaz”