Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin İ.Həşimov 6a, H.Babaşov 9,10, sakinlərin yaxın gələcəkdə istifadəsinə verilməsi nəzərdə tutulmuş “Abad həyətdə” (H.Babaşov 19,20) və M.Cəlal 41 ünvanlarında qurumuş ağacların budanması və kəsilməsi, M.Cəlal 35, Cavadxan 3 və Maral Göl küçələrində küçə işıqlarının yanmaması, Ü.Hacıbəyov 2/10 ünvanında zirzəminin dezinfeksiya olunması, Azadlıq 172, 16 saylı binanın 10-cu girişinin qapısının kodlu qapı ilə dəyişdirilməsi,məhəllədaxili yola asfalt örtüyünün vurulması və 153 və 159 saylı uşaq bağçalarına uşaqların yerləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com








