“Bu, Zəngəzur dəhlizinin cəlbedicliyini bir daha artırmış oldu” – Azay Quliyev

0
126
azay-quliyev-azay-guliyev
“Aprelin 10-da hörmətli Prezidentimiz cənab İlham Əliyevin Qazaxıstana etdiyi səfərlə bağlı bəzi məqamları qeyd etmək istərdim.
Hər şeydən öncə, bu, səfər Azərbaycanla Qazaxıstan arasındakı dostluq və qardaşlıq əlaqalərinin dərinləşməsi və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımdan çox uğurlu oldu”.
Bineqedi.com xəbər verir ki, bunu millət vəkili Azay Quliyev bildirib.
“Səfərin digər uğurlu nəticələrindən biri də ilk dəfə olaraq Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın təsis edilməsidir.
Məlumdur ki, hazırda dünyada yaşanan təhlükəsizlik böhranı fonunda hər iki qardaş ölkənin regional və beynəlxalq problemlər barəsində daha sıx məsləhətləşmələr aparmaq və ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsini təmin etmək üçün belə bir təsisata ehtiyac vardı.
Bundan başqa, Astanada Azərbaycan üçün mühüm əhəmiyyətə malik olan Orta Dəhlizlə bağlı da vacib qərarlar qəbul edildi. Belə ki, Şərq-Qərb istiqamətində vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və Orta Dəhliz vasitəsilə bütün infrastrukturların birləşdirilməsi haqqında razılıq əldə olundu.
Bu da öz növbəsində Zəngəzur dəhlizinin aktuallığını və cəlbedicliyini bir daha artırmış oldu.
Liderlərin mətbuata verdikləri açıqlamada məmnuniyyətlə qeyd olundu ki, artıq bu ildən etibarən Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə Avropa bazarlarına göndərilməyə başlanılıb və enerji sahəsində çox böyük perspektivə malik bu əməkdaşlıq daha da genişləndiriləcək.
Qazaxıstanın paytaxtı Astananın mərkəzi küçələrinin birinə Ulu Öndər Heydər Əliyevin adının verilməsi həm qazax xalqının və dövlətinin Heydər Əliyevin əziz xatirəsinə, onun 100 illik yubileyinə göstərdiyi diqqət və ehtiramın nümunəsi, həm də cənab Prezidentin qeyd etdiyi kimi, bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi çox qiymətlidir.
Qazaxıstan Prezidentinin Azərbaycan xalqına yönəlik sərgilədiyi dost və qardaşlıq hissinin daha bir nümunəsi işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi haqqında verdiyi qərardır.
Bildiyiniz kimi, mərkəzin tikintisinə artıq başlanılıb.
Özbəkistanın Füzulidə tikdirdiyi məktəbdən sonra Qazaxıstanın bu cür addım atmasının Azərbaycanın “Qarabağ Zəfəri” üçün çox böyük siyasi və mənəvi əhəmiyyəti var.
Heç şübhəsiz ki, cənab Prezidentin Qazasxtana səfəri və səfər çərçivəsində qəbul olunan qərarlar türk dünyasının, türk dövlətlərinin hərtərəfli inteqrasiyasına, milli və mədəni bağlarının daha da möhkəmlənməsinə və nəhayətdə, Türk Dövlətləri Təşkilatının daha ciddi geosiyasi faktora çevrilməsinə xidmət edəcəkdir”,-deyə Azay Quliyev bildirib.
Bineqedi.com
Əvvəlki məqaləBir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidentinə məktub yazdı
Növbəti məqalədə“Qiymətə görə dərmanlardan vacib elementlər çıxarılır”