Binəqədidə arvadını gözəllik salonunda öldürən şəxs həm də onun xalası oğlu imiş? – Təfərrüat

0
120
meyit-qetl

Dünən saat 12:40 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bineqedi.com saytı xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü A. Yusifovanı kəsici-deşici alətlə qətlə yetirən həyat yoldaşı 1980-ci il təvəllüdlü İ. Yusifov həm də onun xalası oğlu olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 azyaşlı övladı olan ailədə bir müddət imiş problemlər yaşanırmış. Ailədaxili münasibətlərin kəskinləşməsi səbəbindən bir neçə gün əvvəl A. Yusifova məhkəməyə boşanmaqla bağlı ərizə təqdim edibmiş. Məhkəmə ərizəni qəbul etsə də, iclas hələ keçirilməyibmiş.

arvadini-bosanmaq-istediyi-ucun-qeddarcasina-oldurub

Həyat yoldaşının addımından sonra İ.Yusifovun gözəllik salonuna gələrək ondan boşanmaq istəyən arvadını qətlə yetirməsi ehtimal edilir. Hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam etdirilir.

Cənublu.az-ın məlumatına görə, İ.Yusifov Lənkəranda yerləşən “Bazarstore” supermarketinin müdiri kimi çalışıb. Onun bir müddətdir həyat yoldaşından ayrı yaşadığı bildirilib.

Əvvəlki məqaləMəşhur meyxanaçı Elşən Binəqədi küçədə yaşayır – VİDEO
Növbəti məqalədəPrezident iki yeni nazir təyin etdi – SƏRƏNCAMLAR