Binəqədi Rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq tədbirlər davam etdirilir.
Bineqedi.com xəbər verir ki, plana uyğun olaraq Binəqədi rayonunun M. Ə. Rəsulzadə qəsəbəsi, Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində parkda yerli iqlimə uyğun 100 ədəd Eldar şamı əkilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, M.Ə.Rəsulzadə bələdiyyəsinin və rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi iştirak edib.
Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Bineqedi.com



