Binəqədi rayonunda iftar süfrəsi təşkil olunub – FOTOLAR

0
183
bineqedi-iftar-sufresi-icra-hakimiyyeti.png

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər məscidində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.

Bineqedi.com saytı xəbər verir ki, mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri – Madər Musayev, Azay Quliyev, Kəmaləddin Qafarov, Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, aztəminatlı ailələrin üzvləri, rayon bələdiyyələrinin sədrləri, ağsaqqallar, ziyalılar, idarə, müəssisə, təşkilat, ictimai birliklərin rəhbərləri, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İftar mərasimində əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi, onların ruhlarına dualar oxunub.

Tədbirdə insanları xeyirxahlığa, birliyə dəvət edən on bir ayın sultanı-ən şəfaqətli və müqəddəs ay hesab edilən Ramazan ayının dünya müsəlmanları üçün ən əziz ay olduğu, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən danışılıb. Ölkəmizə sabitlik, əmin-amanlıq arzu edilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.

Bineqedi.comMay be an image of baby's breath, dais and weddingMay be an image of 9 peopleMay be an image of 12 people

May be an image of 7 peopleMay be an image of 13 people and tableMay be an image of 12 peopleMay be an image of 4 people and daisMay be an image of 9 people and tableMay be an image of 13 people

Əvvəlki məqaləBinəqədi rayon 244 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib – FOTOLAR, VİDEO
Növbəti məqalədəBakı Nəqliyyat Agentliyinin fəaliyyətinə xitam verilir