Azərbaycanlı Xankəndidə evini satan erməniyə zəng etdi – VİDEO

0
90
xankendi-qarabag-khankendi

Dövlət Sərhəd Xidməti tərəfindən Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi qurulduqdan sonra Qarabağda yaşayan ermənilər təşvişə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xankəndidəki “mənbələr” yazırlar.

Özünü separatçı rejimin qondarma “Ombudsmanı” kimi təqdim edən Qeqam Stepanyan bildirib ki, ermənilərin çox hissəsi ərazidən çıxmağa hazırlaşır.

Əmlak satışı saytlarına nəzər yetirdikdə məlum olur ki, aprelin 23-dən Xankəndi və ətraf ərazilərdə bir çox mənzillər, torpaq sahələri və kommersiya obyektləri kütləvi şəkildə “təcili satılır” elanı  ilə yerləşdirilib.

Baku TV-nin əməkdaşı ətraflı məlumat almaq üçün elanlardakı nömrələrdən biri ilə əlaqə saxlayıb.

Ətraflı videomaterialda:

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTOLAR
Növbəti məqalədəLaçında nəzarət-buraxılış məntəqəsi necə quraşdırıldı? – ŞƏRH