Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
120
elxan-allahverdiyev-xocasen-qesebe.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin işlə təmin olunmasına köməklik göstərilməsi, Ruslan Allahverdiyev küçəsinin, 328 saylı uşaq bağçasının qarşısının, Abşeron küçəsinin və Şəhid Naiq Ələkbərov və Kərkük küçələrinin asfaltanması, şəhid N.Ələkbərov küçəsinin işıqlandırılması, Sulutəpə qəsəbəsində yeni qəbiristanlığa qədər avtobus xəttinin çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 8 nəfər şəkili ola bilərBir 11 nəfər şəkili ola bilərBir 6 nəfər şəkili ola bilərBir 6 nəfər şəkili ola bilərBir 9 nəfər şəkili ola bilərBir 8 nəfər şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib – FOTOLAR