Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.
Bineqedi.com saytı xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Nicat Orucov Biləsuvar RPŞ-nin rəisinin xidmət üzrə müavini təyin edilib.
O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyib.
Bineqedi.com