Bakıda mağaza qarət edilib.
Bineqedi.com saytı Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunun Müşfiq qəsəbəsindəki mağazaların birindən 835 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Z.Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.