Binəqədidə musiqi müəllimləri məktəb direktorunu şantaj edib – Təfərrüat

0
57
santaj-shantaj-video-gizli-cekilis
Bakıda musiqi məktəbinin direktorundan hədə-qorxu pul tələb edilib. Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində fəaliyyət göstərən məktəbin direktoru B.Y (şərtidir) hüquq-mühafizə orqanlarına şikayət edərək iki nəfərin ona hədə-qorxu gələrək 25 min manat pulunu aldıqlarını bildirib.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Arif oğlu Aslanov və Namiq Şəmşir oğlu Baxşalıyev saxlanılıblar.
Onlara Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Təqsirləndirilən şəxslər barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.
Onu da qeyd edək ki, saxlanılan şəxslərin hər ikisi musiqi müəllimidir.
Əvvəlki məqaləBinəqədidə futbolçunun evindən oğurluq edən şəxslər saxlanılıb
Növbəti məqalədəBinəqədidə “Milli Musiqi Günü” münasibətilə tədbir keçirilib