Binəqədidə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib – Foto

0
104
Binəqədi rayonu 314 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilmişdir.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət xanım Quliyeva və məktəb direktorları iştirak etmişdir.
Sən elə bir zirvəsən…
Milli varlığını, şərəfli tarixini qoruyub yaşatmaq xalqımıza asan başa gəlməyib. Minillərin ağır sınağından ləyaqətlə çıxmağı bacaran müasir Azərbaycanın qüdrətli müstəqil dövlətə çevrilməsi üçün keçdiyi tarixi yol da enişli-yoxuşlu olub. Tale bizə həsrətini çəkdiyimiz müstəqilliyimizi yaşatmaq, yenilməz dövlətin təməllərini ata bilmək üçün Heydər Əliyev kimi müdrik dövlət xadimi bəxş etdi.
Tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu.
Sonra məktəblilərin ifasında dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar, rəqslər nümayiş etdirildi.
Bineqedi.com
Əvvəlki məqaləAzərbaycanda dərmanların qiyməti ucuzlaşacaq – Rəşad Mahmudov
Növbəti məqalədəPaşinyandan gecikən qalmaqallı ETİRAF