Dəhşətli qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş…

0
99

Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, bu gün baş vermiş hadisə nəticəsində dünyasını dəyişən iki nəfər – 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş.

Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxaraq aşması səbəbindən 5 nəfər ölüb:

– 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov;

– 2000-ci il təvəllüdlü Əmrah Nuriyev;

– 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova;

– 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı.

Rəsmi məlumata görə, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə avtomobil qaçıran şəxs saxlanılıb
Növbəti məqalədəBinəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın – 17 nəfər təxliyə edildi+Video