28 may – Müstəqillik Gününə həsr olunmuş voleybol (qızlar) turniri keçirilib.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 135 №-li tam orta məktəbdə 28 may – Müstəqillik Gününə həsr olunmuş voleybol (qızlar) turniri keçirilmişdir.
Bineqedi.com saytına verilən məlumata görə, voleybol turnirinin nəticəsinə əsasən 1-ci yeri 284 №-li tam orta məktəbin komandası, 2-ci yeri 102 №-li tam orta məktəbin komandası, 3-cü yeri 246 №-li məktəb-liseyin komandası tutmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və 135 №-li tam orta məktəbin direktoru Şəfa Qurbanova iştirak etmişdir.
Bineqedi.com






















