Binəqədidə kafedə kişi, arvadı və bacısı oğlu bıçaqlandı

0
120
bineqedi-qetl-kafe-polis-binagadi

Bakıda kafedə bir ailədən 3 nəfər bıçaqlanıb.

Bineqedi.com saytı xəbər verir ki, hadisə mayın 28-də saat 23 radələrində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsində yerləşən kafedə baş verib.

Kafedə müştəri olan Ağacabədi rayon sakini 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu mübahisə zamanı digər masada əyləşən 1972-ci il təvəllüdlü Səməndər Səfərovu, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Qahirə Səfərovanı və bacısı oğlu 2003-cü il təvəllüdlü İ.Məmmədovu bıçaqlayıb.

S.Səfərov və bacısı oğlunun xəsarətləri daxilə nüfuz edib. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, E.Quliyev saxlanılıb.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir – FOTOLAR
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri qəsəbə sakinləri ilə görüşüb