Bakının Binəqədi rayonunda mağazada dava düşüb.
Bineqedi.com saytı lent.az-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Vasif Rövşən oğlu Xəlilov, 2002-ci il təvəllüdlü Hüseyn Hacıbala oğlu Yusubov, 2007-ci il təvəllüdlü Firat Zaur oğlu İbrahimli və daha iki nəfər naməlum şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı hər üç şəxs bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər iki nəfər bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.
Bakıda soyğunçuluq hadisəsi də baş verib.
Hadisə şəhərin Binəqədi rayonu ərazisində baş verib. Belə ki, bir qadının içərisində bank, gediş kartları və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Ramazanov saxlanılıb, daha 2 nəfəri isə müəyyən olunub.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır.