“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə uşaqlar üçün əyləncəli tədbir həyata keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon Bələdiyyəsinin məsul əməkdaşları, Azərbaycan Uşaqları İctimai Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində qeydiyyatda olan uşaqlar iştirak etdilər.
Uşaqlarla birlikdə Zirə Mədəniyyət Mərkəzi Eko Parka ekskursiya təşkil edilmişdir. Sonda ekskursiyada iştirak edən uşaqlara bayram münasibətilə müxtəlif hədiyyələr təqdim edildi və xatirə fotoları çəkildi.
Bineqedi.com




