Binəqədi polisləri avtovağzalda çantadan pul oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar

0
127
bineqedi-polis-bolmesi

Bakı Beynəlxalq Avtovağzal Kompleksində çantadan 500 manat və 4000 ABŞ dolları oğurlanıb.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 31-də kompleksin qarşısında Bakı şəhər sakininin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləErmənilər Zəngəzur quyusuna düşüblər
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib – FOTOLAR